Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 149 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 149 mina aşkarlanıb

15:43 - 13 / 09 / 2021
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 149 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, sentyabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 119 piyada əleyhinə, 30 tank əleyhinə mina və 109 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 293 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1news.az

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər