Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edib

S.Xankişiyeva11:50 - 13 / 09 / 2021
Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb.

2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri =

2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər