Bu il birinci sinfə başlayan şəhid övladlarının sayı AÇIQLANDI - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il birinci sinfə başlayan şəhid övladlarının sayı AÇIQLANDI - FOTO

Qafar Ağayev13:26 - 15 / 09 / 2021
Bu il birinci sinfə başlayan şəhid övladlarının sayı AÇIQLANDI - FOTO

“YAŞAT” Fondu tərəfindən yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib, eyni zamanda 800-dən çox məktəbliyə hədiyyə qutusu çatdırılıb

Fondddan 1news.az-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində 67 nəfər şəhid övladına dəstək göstərilib. Belə ki, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaqdır.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.

Bundan başqa təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinifə başlayır.

Paylaş:
743

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər