Müəllimlərin işə qəbul müsabiqəsi il ərzində bir neçə dəfə keçiriləcək

Gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktor əvəzi Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bu istiqamətdə yeniliklər olacaq: "O formata keçsək, vakant yerlərlə bağlı da yeniliklər olacaq. Düşünürük ki, bu, daha faydalı olacaq".
1news.az
300