Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb

1news Redaksiyası09:52 - 16 / 09 / 2021
Biləsuvarda motosiklet piyadanı vuraraq öldürüb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Heydər Əliyev prospektində şəhər sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədova hərəkətdə olan, 1996-cı il təvəllüdlü Fərid Həsənlinin idarə etdiyi "Yamaha" markalı motosiklet tərəfindən vurulub.

Nəticədə ağır dərəcəli bədən xəsarəti alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər