İƏT nümayəndə heyəti Şuşaya yola düşüb
Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.
Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.