İctimai yerlərdə aşkar edilən 4 koronavirus xəstəsinə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai yerlərdə aşkar edilən 4 koronavirus xəstəsinə cinayət işi açılıb

S.Xankişiyeva12:52 - 16 / 09 / 2021
İctimai yerlərdə aşkar edilən 4 koronavirus xəstəsinə cinayət işi açılıb

Sentyabrın 15-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər