Diplomların tanınması zamanı müsahibədə hansı suallar verilir? - DETALLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomların tanınması zamanı müsahibədə hansı suallar verilir? - DETALLAR

15:40 - 17 / 09 / 2021
Diplomların tanınması zamanı müsahibədə hansı suallar verilir? - DETALLAR

Xaricdə təhsil alanların diplomlarının kvalifikasiyası (tanınması) ilə bağlı proses xaricdə təhsil alanları maraqlandıran məqamlardandır. Xüsusilə də müsahibə mərhələsi ilə bağlı çox suallar ortaya çıxır.

Bəs görəsən xarici diplomların tanınması prosesi zamanı hansı suallar verilir? Hansı ölkələrdən məzun olanlar müsahibə mərhələsinə cəlb olunur? Müsahibə mərhələsində ixtisasa aid sual verilirmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) idarə heyətinin sədri Eldar Orucov bildirib ki, birmənalı olaraq, müsahibə mərhələsində heç bir şəxsin ixtisas bilikləri yoxlanılmır:

‌“Yəni, məsələn,şəxs mühəndislik ixtisası üzrə təhsil alın, həmin şəxsə mühəndislik ixtisasına uyğun sual verilmir. Suallar sadədir, məsələn təhsil aldığı dildə şəxsə “Niyə siz bu ali təhsil müəssisəsini seçmisiniz?” sualı kimi simvolik suallar verilir. Yəni, normal həyatda ünsiyyət üçün tələb olunan dil bilikləri yoxlanılır. Heç kimə akademik suallar və digər suallar verilmir”.

Pandemiya vaxtı müsahibə mərhələsinin necə həyata keçirildiyini toxunan E.Orucov bildirib ki, pandemiya vaxtı xarici diplomların kvalifikasiyaları üzrə müsahibə mərhələsi onlayn həyata keçirilib: “Müsahihələr “Zoom” proqramı vasitəsilə müsahibələr aparılır”.

E.Orucov qeyd edib ki, müsahibə mərhələsi olmadan da diplomların kvalifikasiyaları olur: “Müsahibə, əsasən, MDB və Gürcüstan universitetlərindən məzun olan şəxslərə tətbiq olunur. Avropa, Amerika Birləşmiş Ştatları və Türkiyədən məzun olan şəxslərə müsahibə tətbiq olunmur. Türkiyədə təhsil alan Azərbaycan vətəndaşına türk dilində suallar vermək absurddur”.

E.Orucovun sözlərinə görə, əvvəllər başqa dillərdə də müsahibələr olurdu, indi isə olmur.
“2018-ci ilin fevral ayından etibarən, digər dillərdə müsahibə həyata keçirilmir. Müsahibələr rus, gürcü, və Ukrayna dillərində aparılır. Digər, qırğız və özbək dilli mütəxəssislərimiz yoxdur”.

Qafar Ağayev

Paylaş:
2563

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər