Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirib
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri “Teknofest” texnologiya festivalında İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
1news.az-ın məlumatına görə, 15 təyyarənin iştirak etdiyi uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasında F-16, F-4 və Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.
Qey edək ki, Azərbaycan və Türkiyə qırıcılarının uçuşu 21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl salamlama məqsədi ilə təşkil edilib.
1news.az
310












