Şəhid xanımı təhsil haqqıdan azad olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid xanımı təhsil haqqıdan azad olundu

Qafar Ağayev12:21 - 21 / 09 / 2021
Şəhid xanımı təhsil haqqıdan azad olundu

Odlar Yurdu Universiteti şəhidin həyat yoldaşının təhsil haqqını qarşılayıb.

Universitetdən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşı Ağayeva Gülşən Müdavil qızı Odlar Yurdu Universitetinin “Ekologiya” ixtisasının əyani şöbəsinə qəbul olub.

Şəhid xanımının təhsil haqqı xərclərinin tam ödənişinin qarşılanmasını Odlar Yurdu Universiteti öz üzərinə götürüb.

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər