Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub

S.Xankişiyeva09:18 - 22 / 09 / 2021
Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub

"Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Son məqama qədər təmir gedən məktəblərdə də işlərin tamamlandığını deyən M.Vəliyeva bildirib ki, həmin təhsil ocaqları da bu gün üçün şagirdlərin ixtiyarına verilib.

O həmçinin əlavə edib ki, bu il yeni tikilən 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib, 3 məktəbdə isə tikinti işləri davam edir.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər