Bakıda bəzi küçələrdə nəqliyyatın hərəkəti iflic oldu

Azərbaycanda yeni tədris ilinin başlamasına görə paytaxtın bəzi küçə və prospektlərində uzun tıxaclar yaranıb.
1news.az xəbər verir ki, Bayıl qəsəbəsindən Azneft dairəsinə gələn istiqamətdə nəqliyyatın hərəkəti demək olar ki, iflic edilib.
Eyni zamanda, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsindən başlayaraq, 20 Yanvar dairəsinədək nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol - hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində sıxlıq müşahidə edilir.
1news.az