Respirator əlamətləri olanların məktəblərə giriş-çıxışına icazə verilməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Respirator əlamətləri olanların məktəblərə giriş-çıxışına icazə verilməyəcək

S.Xankişiyeva11:38 - 22 / 09 / 2021
Respirator əlamətləri olanların məktəblərə giriş-çıxışına icazə verilməyəcək

Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblərə dəyişiklik edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Əvvəllər təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmirdi. Dəyişikliklə isə təhsil müəssisələrinə giriş və çıxışına icazə verilməyənlərin sırasına respirator əlamətləri olanlar da daxil edilib.

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər