Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Ceyhun Səlimov küçəsinin bir hissəsində hərəkət 10 saatlıq məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, 22 sentyabr saat 22:00-dan 23 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
466