Bakıda tıxac olan yolların SİYAHISI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tıxac olan yolların SİYAHISI

09:21 - 23 / 09 / 2021
Bakıda tıxac olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

Həmçinin Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.

1news.az

Paylaş:
483

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər