Qarabağ Dirçəliş Fondu qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb - FOTO

13:26 - 24 / 09 / 2021
Qarabağ Dirçəliş Fondu qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb - FOTO

Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT nümayəndələri ilə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə həsr olunan fikir mübadiləsi görüşü keçirib.

Fondun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin Deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova və QHT-lərin digər nümayəndələri iştirak edib.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm missiyalardan danışıb. R. Hacıyev tədbir iştirakçılarına Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdığını deyən sədr, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə edilən ianələrin həmrəyliyin birmənalı təzahürü olduğunu qeyd edib. Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün hər kəsi bu prosesdə aktiv iştirak etməyə dəvət edib.

Görüşdə daha sonra Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Milli Məclisin Deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova çıxış edib.

Çıxışlar zamanı Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimaiyyətə çatdırılmasının, Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsinin, Qarabağın dirçəlişi uğrunda həmrəyliyin və ianəçiliyin təbliğinin əhəmiyyətindən danışılıb.

Tədbir iştirakçıları müzakirələr zamanı işğaldan azad edilən ərazilərimizdə tezliklə yenidən məskunlaşma, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası, ümumi iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpası kimi məsələlərə xüsusi diqqət ayırıb.

Çıxışlardan sonra Fondun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Rəhman Hacıyev iştirakçıların səsləndirdiyi çoxsaylı sual və təklifləri cavablandırıb.

1news.az

Paylaş:
311

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər