Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq var - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Qafar Ağayev09:28 - 24 / 09 / 2021
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.

Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər