“Könlüm keçir Qarabağdan” külli-Qarabağın abi-həyatına səyahət – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Könlüm keçir Qarabağdan” külli-Qarabağın abi-həyatına səyahət – FOTO

S.Xankişiyeva11:00 - 24 / 09 / 2021
“Könlüm keçir Qarabağdan” külli-Qarabağın abi-həyatına səyahət – FOTO

“Bakı Metropoliteni” QSC-nin stansiya və keçidlərində təşkil edilən sərgilər sırasına daha bir inci əlavə olunur. “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla Bakı metropoliteninin təqdimatında Azərbaycanın, eləcə də dünya mədəniyyətinin aktual mövzularına həsr olunmuş və geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan sərgilər sırasına ən əhəmiyyətlisi də əlavə olunur.

Sərgi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində yazdığı Zəfər salnaməsinə və tezliklə 30 ilə yaxın həsrəti bitirərək doğma el obasına qayıdacaq Qarabağ və Şərqi Zəngəzur sakinlərinə həsr olunur.

Burada geniş ictimaiyyətə açıq sərgi formatında təqdim olunan 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub.

Fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır. Bu mənada sərgi doğma el-oba həsrəti ilə yaşamış həmvətənlərimizin nisgilli xatirələrini canlandıraraq onları keçmişə bir səyahətə dəvət edir.

Sərgi həmçinin Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.

Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan Ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

Əminik ki, sərgi metropoliten sərnişinlərini, “Gənclik” stansiyasının keçidlərindən istifadə edənləri, eləcə də bu sərgi ilə tanış olmaq istəyən hər bir kəsi biganə qoymayacaq.

Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı geniş ictimaiyyətə təqdim etdiyi sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq.

Hər birinizi milli mənəviyyatımızın və mədəniyyətimizin böyük parçası olan bu sərginin ideyasına qoşularaq, sərgi ilə tanış olmağa, onun qayəsini ictimailəşdirməyə dəvət edirik.

Paylaş:
513

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər