3 övladı Vətənə yadigar qalan şəhidin anası: “İşini və ailəsini qoyaraq döyüşə yollandı” | 1news.az | Xəbərlər
Cəmiyyət

3 övladı Vətənə yadigar qalan şəhidin anası: “İşini və ailəsini qoyaraq döyüşə yollandı”

14:37 - 27 / 09 / 2021
3 övladı Vətənə yadigar qalan şəhidin anası: “İşini və ailəsini qoyaraq döyüşə yollandı”

Sağlığında ürəklərdə taxt quran şəhid Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Ali təhsilini isə Azərbaycan Dövlət Aqrar Universitetində alıb.


1news.az xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından biri olan Rauf Əsgərov sağlığında xeyirxahlığı ilə Gəncədə sevilən şəxslərdən olub.

Şəhidin anası Briliyant Əsgərova bildirib ki, oğlu Rauf öz yardımları ilə diqqət mərkəzində olub..

"Yas məclisində tanımadığı adamlar gələrək Raufun onlara etdiyi yardımlardan danışıblar. Halbuki bunlardan nə ailəsinin, nə də yaxınlarının xəbəri olub. Özünə məxsus atı belə sataraq, başqa bir şəxsin borcunu ödəyib. Vətənpərvərlik hissi Raufda hələ uşaq yaşlarından özünü göstərib.

Rauf şirkətlərdən birində rəis vəzifəsində işləyirdi, Vətən müharibəsi başlayanda işini və ailəsini qoyaraq, torpaqlarımızın işğaldan azad olunması üçün birbaşa döyüşə yollandı".

Qeyd edək ki, Füzulinin bir sıra kəndlərinin alınmasında qəhrəmanlıq göstərən baş leytenant 26 oktyabr tarixində Mərdinli kəndində şəhid olub. 3 övladı Vətənə yadigar qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Aytən Sakitqızı

Paylaş:
307

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər