“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıb

16:26 - 27 / 09 / 2021
“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıb

“OBA” marketlər şəbəkəsində 27 sentyabr - Anım Günü münasibətilə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

“OBA Market” MMC-nin baş ofisində, həmçinin ölkə üzrə 1000-ə yaxın mağazalarında 12:00-da bir dəqiqəlik sükut olub.

1000-ə yaxın marketdə əməkdaşlar ilə yanaşı, alıcılar da şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi Qarabağ uğrunda Vətən müharibəsi başlayandan dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib və bir çox dəstək layihələri həyata keçirib. “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Həmçinin “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə edib.

Bundan əlavə, “OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Xocavənd rayonunun şəhid, qazi və əsgər ailələrini ziyarət edərək ərzaq qutuları paylayıb.

Korporativ sosial məsuliyyət layihələrimizin davamı olaraq "OBA" marketlər şəbəkəsi yeni tədris ili münasibətilə Ağdam və Beyləqan rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinin övladlarını məktəb ləvazimatları ilə təmin edib. Həmin rayonlarda yaşayan 150-ə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar da hədiyyə edilib.

"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-ə yaxın mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Reklam hüququnda

Paylaş:
417

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər