Nəsimi rayonunda soyğunçuluq edən şəxs tutulub
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Ələkbərov sentyabrın 25-də Moskva prospektində ona məxsus mağazaya gəlmiş bir nəfərin mobil telefonunu açıq talama yolu ilə götürüb qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Salahov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi cinayət işi başlanıb.
440