Bu marşrut xətti də kart sisteminə keçir

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.
Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, sabahdan 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.
264