FHN: Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib – VİDEO

S.Xankişiyeva17:54 - 28 / 09 / 2021
FHN: Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib – VİDEO

Bu gün səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Yasamal və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər