Claas texnikası Azərbaycanın ağıllı kəndində – FOTO – VİDEO
İşğaldan azad edilən Zəngilan rayonu ərazisində Həkəri çayının sahilində Azərbaycanın ilk ağıllı kəndi olacaq Ağalının ətrafında yeni intensiv meyvə bağlarının salınmasına start verilib.
Torpaqların əkinə hazır vəziyyətə gətirilməsi prosessinə isə 4S şirkəti cəlb edilib. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən 4S şirkətinin təqdim etdiyi Claas texnikası və digər Avropa istehsalı olan Lemken, Moro Aratri texnikaları ilə işlənir.
Uzun illər işğal altında qulluqsuz qalmış ərazilər yabanı otlardan Almaniyanın Lemken şikrətinin diskləri vasitəsi ilə təmizləndikdən sonra Claas Axion 850 texnikası və Moro Aratri riperi ilə torpaqın partladılması prosessi həyata keçirilir. Əkiləcək ağaclar üçün 60 sm dərinlik nəzərə alınaraq torpağın hazırlanması 70 sm dərinliklə aparılır.
4S şirkəti torpağın hazırlanması prosessinə yalnız Avropada ixtisas artırma kursları keçmiş mexanizatorlar və mütəxəsisləri cəlb edir ki, bununda nəticəsində işləri az xərc və yüksək nəticə ilə həyata keçirmək mümkün olur.
4S şirkətinin Baş direktoru Elxan Ələkbərov qeyd edib ki, şirkət yarandığı gündən qarşısına qoyduğu başlıca məqsəd Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar siyasət xəttinə dəstək vermək və Azərbaycana dünyanın ən innovativ texnikalarını gətirməkdən ibarət olub.
44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun düşmənin başını dəmir yumruqla əzməsi və onu işğal edilmiş torpaqlardan qovması ölkənin aqrar sektoru üçündə yeni inkişaf prespektivləri açıb. 4S Azərbaycan şirkəti olaraq işğaldan azad edilmiş ərazilərin yenidən ölkənin aqrar sənayesinə reinteqrasiya olunması üçün fermerlərimizə dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik.
Reklam hüququnda