“30 illik işğalın son günü” – “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“30 illik işğalın son günü” – “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

Qafar Ağayev20:55 - 28 / 09 / 2021
“30 illik işğalın son günü” – “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur.

Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. Bir il əvvəl qətiyyətli Liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli Ordumuz cəmi 44 gün ərzində “işğal damğası”nı döyüş meydanında üzərindən atmağı bacardı, milli natamamlıq kompleksindən xilas oldu...

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “30 illik işğalın son günü” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva, Şuşaya ilk daxil olan tank komandiri, qazi Rüfət Hacızadə, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu və Göytürk, araşdırmaçı jurnalist Aida Eyvazlı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər