Binəqədidə baş verən yol-nəqliyyat hadisəsində piyada həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə baş verən yol-nəqliyyat hadisəsində piyada həlak olub

Qafar Ağayev16:47 - 30 / 09 / 2021
Binəqədidə baş verən yol-nəqliyyat hadisəsində piyada həlak olub

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yolu keçən paytaxt sakini H.Əhmədova Bakı şəhər sakini E.Əhmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, H.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər