Binəqədidə evlərdən pul və əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb
Binəqədi rayonunda evlərdən pul və əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, avqustun 29-dan sentyabrın 15-dək olan müddətdə rayon ərazisindəki bir evdən 1800 manat məbləğində pul və notbuk, digər evdən isə 2000 manat məbləğində pul və bijüteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abasov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
392