Azərbaycan gənclərinin xaricdə təhsili üçün üstünlük veriləcək sahələr açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gənclərinin xaricdə təhsili üçün üstünlük veriləcək sahələr açıqlanıb

S.Xankişiyeva14:55 - 01 / 10 / 2021
Azərbaycan gənclərinin xaricdə təhsili üçün üstünlük veriləcək sahələr açıqlanıb

“Xaricdə təhsillə əlaqəli daha çox texniki və texnoloji sahələrə, fundamental elmlərə üstünlük veriləcək”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, bunlar ilkin siyahıdır: “Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. Ölkənin inkişafına daha çox töhfə verilməsi üçün önəmli olan sahələrlə bağlı seçim ediləcək”.

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər