"Peyvənd olunmayanlar inzibati məsuliyyətə cəlb olunmayacaqlar" - DİN-dən AÇIQLAMA

Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.
Bunu 1news.az-a açıqlamasında DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
"Daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər"- deyə, E.Hacıyev qeyd edib.
Aytən Sakitqızı
370