“Qadağalar ləğv olundu” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qadağalar ləğv olundu” – “Çıxışa doğru”da MÜZAKİRƏ

22:17 - 01 / 10 / 2021
“Qadağalar ləğv olundu” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Bu gündən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyəti ləğv edir.

Eyni zamanda, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti də öz işini bərpa edir.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Qadağalar ləğv olundu” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – "Sosial-iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova, "manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev və jurnalist Namiq Həsənov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər