Bazar günü hava belə olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava belə olacaq

S.Xankişiyeva12:00 - 02 / 10 / 2021
Bazar günü hava belə olacaq

Oktyabrın 03-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər