Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

Qafar Ağayev15:03 - 04 / 10 / 2021
Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər