4 oktyabra olan koronavirus statistikası AÇIQLANDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 486378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 465446 nəfər müalicə olunaraq sağalıb, 6584 nəfər vəfat edib, aktiv xəstə sayı 14348 nəfərdir.
Ölkədə son sutka ərzində 4962 , hazırkı dövrədək isə 4892127 test aparılıb.
372