Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb

S.Xankişiyeva15:32 - 05 / 10 / 2021
Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb

Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov 1news.az-a

açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər