Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

13:27 - 05 / 10 / 2021
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər