Şuşanın su təchizatı təmin edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın su təchizatı təmin edilib - FOTO

S.Xankişiyeva15:28 - 06 / 10 / 2021
Şuşanın su təchizatı təmin edilib - FOTO

Şuşa şəhərinə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50 faizi yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.

Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir, sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün qaynaq edilmiş hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.

Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan iki su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.

Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələsində Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarə edilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.

Gələcəkdə Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə edilməsi nəzərdən keçirilir. Bununla əlaqədar “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən tədqiqat və layihə işlərinə başlanılıb. İlkin qiymətləndirmələrə əsasən Zarıslı çayının məcrasında suqəbuledici qurğu, su anbarı tikiləcək, quraşdırılacaq nasos stansiyası ilə su Şuşa şəhərinə nəql olunacaq.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra “Azərsu” ASC tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci il noyabrın 25-də Kiçik Kirs mənbəyindən, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə içməli suyun verilməsi təmin edilib. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Paylaş:
452

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər