Bakının Səbail rayonuna yeni polis rəisi təyin edildi

Bakının Səbail rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.
Faktı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidməti təstiqləyib.
622