Azərbaycanda ov mövsümü açıq elan edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ov mövsümü açıq elan edilir

Qafar Ağayev15:21 - 07 / 10 / 2021
Azərbaycanda ov mövsümü açıq elan edilir

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

1news.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O, qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün 8 oktyabr 2021-ci il tarixindən etibarən açılması qərara alınıb.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”.

http://eco.gov.az/az/nazirlik/elan?newsID=13171

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər