Azərbaycanda əhalinin 53,2 faizi koronavirusa qarşı peyvəndin hər iki dozasını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda əhalinin 53,2 faizi koronavirusa qarşı peyvəndin hər iki dozasını alıb

Qafar Ağayev15:54 - 07 / 10 / 2021
Azərbaycanda əhalinin 53,2 faizi koronavirusa qarşı peyvəndin hər iki dozasını alıb

2021-ci il yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb, doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb. Bakı şəhərində bu göstərici daha yüksəkdir - 66,2 faiz təşkil edir.

1news.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Viktor Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub. Bu orta hesabla gündə 60 min peyvənd deməkdir. “Buster doza bizdə ilk olaraq səhiyyə işçiləri və 60 yaşdan yuxarı əhaliyə tətbiq edilməyə başlanılıb. Günü sabah tibbi qərargahda buster dozanın daha da genişləndirilməsi məsələsinə baxılacaq. Yəqin ki, digər yaş kateqoriyaları da buna cəlb ediləcək. Ölkəmizdə bu günə kimi vaksin alanların təkrarən yoluxması 1,34 faiz təşkil edir. Yəni ki, Azərbaycanda istifadə olunan peyvənd çox effektivdir. Biz bunu artıq öz təcrübəmizdən görürük”, - deyə səhiyyə nazirinin müavini qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən 16-18 yaşlı uşaqlara “Pfizer” vaksininin tətbiqinə artıq icazə verilib. Bu, xüsusən xarici ölkələrə oxumağa gedənlərlə əlaqəlidir. Çünki qarşı tərəfdə bu peyvənd tələb edilir. Oxşar səbəbə görə, həmçinin hər iki valideyninin icazəsi olmaqla 12-15 yaşlı uşaqlara da vaksinin tətbiqinə icazə verilib.

Paylaş:
383

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər