“Dini dəyərlərin aşilanmasi, sosial şəbəkələrdə dini təxribat çağirişları” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Bəzi təxribatçı qruplar sosial şəbəkələr vasitəsilə Azərbaycanda yad dini ideologiyaları təbliğ etməyə çalışırlar.
Belə qrupların sosial bazası yoxdur. Lakin maraqlı qüvvələr var ki, yad dini ideologiyaları Azərbaycana idxal etmək üçün bir an belə əməllərini dayandırmırlar. Bunun üçün müxtəlif imkanlardan istifadə etməyə çalışırlar. Sosial şəbəkələr bu gün aktual məkandır.
Gənclərimiz dini biliklər alan zaman, sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmalıdırlar: Mənbəyi, mənşəyi məlum olmayan məlumatlardan istifadə etməməlidirlər.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Dini dəyərlərin aşilanmasi, sosial şəbəkələrdə dini təxribat çağirişları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputati Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçi direktoru Mehman İsmayilov və ilahiyyatçı Ceyhun Əliyev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:


