Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb

17:48 - 11 / 10 / 2021
Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb

8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb.

Fondun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Memorandumu CEO-nun direktoru Fərid Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlərə töhfə vermək məqsədilə CEO sərgidə iştirak edəcək şəxslərin ödəyəcəyi hər qeydiyyat haqqından müəyyən hissəsini Qarabağ Dirçəliş Fonduna ianə edəcək.

Bundan başqa, CEO ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliği məqsədilə Fond haqqında məlumatları sərgi barədə kataloqda, qəzetdə, bukletlərdə, flayerlərdə, roll-aplarda və s. çap materiallarında, veb-saytlarda, xəbərlərdə, sərgi zamanı, sərgiöncəsi və sərgisonrası təqdimatlarda yerləşdirəcək.

Memorandumun şərtlərinə uyğun olaraq, CEO tərəfindən 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi çərçivəsində QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində sərginin keçirilməsində CEO-ya təşkilatı dəstək göstərməyi, ona müraciət etmiş və sərgidə iştirak etmək istəyən şəxsləri CEO-ya yönəltməyi öhdəsinə götürür.

Bu Anlaşma Memorandumunun imzalanmasının CEO üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Fərid Məmmədov, hər kəsin işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması və dirçəlişi prosesində iştirak etməsinin önəmini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu nəcib təşəbbüsə görə təşəkkür edərək, yaşadığı yerdən asılı olmayaraq hər bir soydaşımızı Qarabağın dirçəlişi prosesində aktiv iştirak etməyə dəvət edib.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

1news.az

Paylaş:
773

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər