Bu ilin 9 ayında təxminən 40 min nəfər uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 9 ayında təxminən 40 min nəfər uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib

Qafar Ağayev17:09 - 12 / 10 / 2021
Bu ilin 9 ayında təxminən 40 min nəfər uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib

2021-ci ilin ilk 9 ayında təxminən 40 min nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib. Bu il anadan olan uşaqlar üçün birdəfəlik müavinətlərin verilməsi prosesi tamamilə elektron şəkildə həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev feysbukda sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, elektronlaşdırma nəticəsində sığortaolunan müavinət almaq üçün heç yerə müraciət etmir və sığortaçı heç bir emal prosesi həyata keçirmir: "Mexanizmə görə, uşağın anadan olması ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində əksini tapdıqdan sonra həmin məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülür. Sistem müavinətin büdcə vəsaiti, yoxsa məcburi dövlət sosial sığortası hesabına veriləcəyini avtomatik qaydada müəyyən edir. Aparılan elektron təyinatdan sonra müavinətin vətəndaşa ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Bu, sığorta olunan və sığorta edənləri vaxt itkisindən azad edir".

Hüseyn Paşayev, həmçinin qeyd edib ki, yaxın aylarda dəfn üçün birdəfəlik müavinətin ödənilməsinin də praktik şəkildə həyata keçirilməsi istiqamətində işlər aparılır: "Nazirliyin müvafiq şöbələri bu məsələ ilə məşğul olur. Yaxın vaxtlarda dəfn üçün ödənilən birdəfəlik müavinətlərin də təhvil verilməsi prosesinin elektronlaşdırılması mümkün olacaq".

Paylaş:
537

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər