Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı

S.Xankişiyeva15:24 - 13 / 10 / 2021
Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəcədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər