Cəbrayıla qanunsuz keçməyə cəhd edən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayıla qanunsuz keçməyə cəhd edən şəxslər saxlanıldı

Qafar Ağayev10:51 - 13 / 10 / 2021
Cəbrayıla qanunsuz keçməyə cəhd edən şəxslər saxlanıldı

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar. Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçdiyi müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Bundan başqa Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Paylaş:
315

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər