Kitablar ƏDV-dən azad ediməlidir - Deputatdan TƏKLİF | 1news.az | Xəbərlər
Cəmiyyət

Kitablar ƏDV-dən azad ediməlidir - Deputatdan TƏKLİF

11:13 - 13 / 10 / 2021
Kitablar ƏDV-dən azad ediməlidir - Deputatdan TƏKLİF

"Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir".


1news.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında çıxış edib.
F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz.


Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır.


“Bir çox ölkələrdə bu təcrübə var, kitablar vergidən azad edilib. Bu gün Azərbaycanda insanların kitaba marağının artırılmasına böyük ehtiyac var. Kitabları əlavə dəyər vergisindən azad etməklə ölkəmizə kitabların gətirilməsini və nəşr edilməsini stimullaşdıra bilərik. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”, - deyə Fazil Mustafa bildirib

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər