Xalq artistinin “Yüksəliş” imtahanında kütləvi zəhərlənməyə görə təqsirli bilinən qızına hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artistinin “Yüksəliş” imtahanında kütləvi zəhərlənməyə görə təqsirli bilinən qızına hökm oxunub

13:52 - 14 / 10 / 2021
Xalq artistinin “Yüksəliş” imtahanında kütləvi zəhərlənməyə görə təqsirli bilinən qızına hökm oxunub

Səhlənkarlıqda təqsirləndirilən Tamilla Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Sadıqova 2 min manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən olub.

T. Sadıqova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.

1news.az

Paylaş:
60

Son xəbərlər

Sevinc Fətəliyeva: “Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq”Bu gün, 18:54Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:07Şəhid məzarı başında yad edildi - VİDEOBu gün, 17:42Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİBBu gün, 17:35ABB-dən hər kəsə nağd pul kreditiBu gün, 17:30Koreyalı deputat Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edibBu gün, 17:29Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEOBu gün, 17:23Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?Bu gün, 17:15Vüqar Rəhimzadə: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajıBu gün, 17:08Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTOBu gün, 16:39Azərbaycanda son sutkada koronavirusdan 27 nəfər vəfat edib - STATİSTİKABu gün, 16:34Azərbaycan Dünya Bankı ilə yeni kredit müqaviləsi imzalayıbBu gün, 16:04Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edibBu gün, 16:01Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏBu gün, 15:53“Ərdoğanın bu səfəri dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajıdır”- Deputat Cavid OsmanovBu gün, 15:452022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDIBu gün, 15:30ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır”Bu gün, 15:23Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilibBu gün, 15:22Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!”Bu gün, 15:21“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTOBu gün, 15:20
Bütün xəbərlər

Next TV