Ötən gün aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Qafar Ağayev09:39 - 14 / 10 / 2021
Ötən gün aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Ötən gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb

1news.az-ın məlumatına görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

Xatırladaq ki, Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza anının görüntülərini təqdim edirik:

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər