Dünən “COVID-19” pasportu olmadığına görə 114 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən “COVID-19” pasportu olmadığına görə 114 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:57 - 14 / 10 / 2021
Dünən “COVID-19” pasportu olmadığına görə 114 nəfər toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 13-də Bakı şəhərində və respublikanın digər ərazilərində 50 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər 43 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib.

COVID-19 pasportu olmadığına görə 114 nəfər toy şənliklərinə buraxılmayıb.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər