Şirvanda dələduz makler saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda dələduz makler saxlanılıb

Qafar Ağayev12:22 - 14 / 10 / 2021
Şirvanda dələduz makler saxlanılıb

Dələduzluq etməkdə şübhəli bilinən rieltor saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan adıçəkilən şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan 6 nəfər şəxsə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nin (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş:
57

Son xəbərlər

Sevinc Fətəliyeva: “Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq”Bu gün, 18:54Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:07Şəhid məzarı başında yad edildi - VİDEOBu gün, 17:42Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİBBu gün, 17:35ABB-dən hər kəsə nağd pul kreditiBu gün, 17:30Koreyalı deputat Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edibBu gün, 17:29Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEOBu gün, 17:23Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?Bu gün, 17:15Vüqar Rəhimzadə: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajıBu gün, 17:08Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTOBu gün, 16:39Azərbaycanda son sutkada koronavirusdan 27 nəfər vəfat edib - STATİSTİKABu gün, 16:34Azərbaycan Dünya Bankı ilə yeni kredit müqaviləsi imzalayıbBu gün, 16:04Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edibBu gün, 16:01Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏBu gün, 15:53“Ərdoğanın bu səfəri dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajıdır”- Deputat Cavid OsmanovBu gün, 15:452022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDIBu gün, 15:30ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır”Bu gün, 15:23Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilibBu gün, 15:22Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!”Bu gün, 15:21“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTOBu gün, 15:20
Bütün xəbərlər

Next TV