DİN tələbə qıza əxlaqsızlıq təklif edən maklerlə bağlı hərəkətə keçdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN tələbə qıza əxlaqsızlıq təklif edən maklerlə bağlı hərəkətə keçdi - VİDEO

10:53 - 15 / 10 / 2021
DİN tələbə qıza əxlaqsızlıq təklif edən maklerlə bağlı hərəkətə keçdi - VİDEO

Ev axtaran tələbə qız maklerin əxlaqsız təklifinə məruz qalıb.

1news.az xəbər verir ki, tələbə qızın və maklerin səs yazısı sosial şəbəkələrdə ildırım sürətilə yayılıb. Videodan da aydın görünür ki, adını açıqlamadığımız tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edərək evin qiymətini, ünvanını soruşub. Makler də evi 200 manata kirayəyə verdiyini deyib. Daha sonra əlavə edib ki, kirayədə qalan qızla intim münasibəti yaranarsa, evin qiymətində endirim də edəcək. Hətta sonrakı mərhələdə həmin qızla bir evdə yaşamasının da mümkün olduğunu açıq-aydın şəkildə dilə gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Şöbə rəisi 1news.az-a bildirdi ki, hazırda məlum hadisə ilə bağlı araşdırma aparılır:

"Yayılan səs yazısından məlumatımız var. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma zamanı cinayət faktı aşkarlanarsa, həmin şəxs barəsində prosesual tədbirlərin görülməsi təmin ediləcək və barsəində istintaq təhqiqat aparılacaq. Onu da deyim ki, məsələ araşdırıldıqdan sonra nəticə barədə ictimaiyətə mütləq məlumat veriləcək”.

Aytən Sakitqızı

Paylaş:
642

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər